Mənə zəng gələndə tez qərar verdim” – Klubunu dəyişən

1 İyul 2023 18:20 Almaniya 591
Mənə zəng gələndə tez qərar verdim” – Klubunu dəyişən

Rafael Gerreyro “Borussiya”dan (Dortmund) “Bayern”ə keçidini şərh edib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı müdafiəçi klubun saytına açıqlamasında “Bayern”ə keçmək üçün tez qərar verdiyini bildirib:

“Bayern”dən mənə zəng gələndə tez qərar verdim. Bu böyük klubda oynamaq mənim üçün böyük şərəfdir.

Bundan əlavə, Dortmundda birlikdə olduğumuz vaxtdan baş məşqçi Tomas Tuxelə böyük hörmətim var.

Mən həmişə topa sahib olmağı sevmişəm: oyunda üstün olmaq və şans yaratmaq istəyirəm. Əlimdən gələni edəcəyəm ki, mümkün qədər çox kubok qazanaq. Bu, “Bayern”in fəlsəfəsidir”.

30 yaşlı oyunçunun müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti