"Bu kluba getmək istəyirsə, onu avtomobilimlə şəxsən özüm aparacam”

1 İyul 2023 00:10 Almaniya 518
"Bu kluba getmək istəyirsə, onu avtomobilimlə şəxsən özüm aparacam”

İngiltərəli keçmiş hücumçu Alan Şirer maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, “Tottenhem”in forvardı Harri Keynin “Bayern”ə mümkün transferini şərh edib:

“Bunu eşidəndə ağlıma yalnız bir fikir gəldi: Keyn “Bayern”ə getmək istəyirsə, onu avtomobilimlə şəxsən özüm aparacam. Premyer Liqadakı rekordumu qorumaq üçün əlimdən gələni edəcəm”.

İyunun 27-də Almaniya klubu 29 yaşlı futbolçunu transfer etmək üçün bonuslar istisna olmaqla, “Tottenhem”ə 70 milyon avroluq təklif göndərib. Lakin “Tottenhem” bunu qəbul etməyib.

Keynin Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, 2022/23 mövsümündə İngiltərə çempionatında 30 qol vurub.

Şirer Premyer Liqada 260, Keyn isə 213 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti