Almaniya Bundesliqasında 2022/2023 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, "Kicker" nəşrinin elə futbolçular arasında keçirdiyi sorğuda “Ayntraxt”ın hücumçusu Randal Kolo Muani 24,2 faiz səslə birinci olub.
Dortmund “Borussiya”sından İspaniyanın "Real Madrid" klubuna keçən Cud Bellinqem (17,5 faiz) ikinci, "Verder"dən Niklas Füllkruq (11,9 faiz) üçüncü pillədə qərarlaşıb.
Futbolçular ən yaxşı baş məşqçini də seçiblər. Onlar "Union Berlin" komandasının sükanı arxasında əyləşən Urs Fişer 21,8 faiz səslə birinci sıraya layiq görülüb.

