Millimizə qol vurdu, "Leyptsiq"lə 5 illik anlaşdı

25 İyun 2023 02:30 Almaniya 735
Millimizə qol vurdu, "Leyptsiq"lə 5 illik anlaşdı

Avstriya millisinin üzvü Kristof Baumqartner Almaniyada komandasını dəyişib.

SportİNFO.az xəbər verir ki, avstriyalı yarımmüdafiəçi "Hoffenhaym"ı tərk edərək "Leyptsiq"lə anlaşıb.

Yarımmüdafiəçi "Çelsi"yə keçmiş Kristofer Nkunkunun boşluğunu doldurmağa çalışacaq.

Kristofla beş illik müqavilə imzalanıb. Transferin məbləği açıqlanmasa da, “öküzlər”in 23 yaşlı oyunçu üçün 24 milyon avro ödədiyi iddia edilir.

Baumqartner Avstriya millisinin heyətində AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Azərbaycanla görüşdə komandasının qollarından birini vurub.

Matç avstriyalıların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti