“Bayern” “Mançester Siti”nin müdafiəçisi Kayl Uolkeri transfer etməyi planlaşdırır.
Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel ingiltərəli futbolçunu Almaniya klubuna keçməklə bağlı razı salıb.
Hazırda klublar məsələ ilə bağlı ortaq qərar verməyib.
İngiltərə millisinin üzvü 2022/23 mövsümündə “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 39 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
O, 2017-ci ildən Mançester təmsilçisinin formasını geyinir.
Xatırladaq ki, öncədən “Bayern”in yayda transfer etmək istədiyi futbolçuların kimliyi haqda xəbər vermişdik.

