Avstriyalı yarımmüdafiəçi ilə sözləşmə - 2027-ci ilin yayına kimi

9 İyun 2023 18:20 Almaniya 581
Avstriyalı yarımmüdafiəçi ilə sözləşmə - 2027-ci ilin yayına kimi

"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi "Leyptsiq"lə müqaviləsi başa çatan Konrad Laymeri rənglərinə bağlayıb.

"Bavariya" avstriyalı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb.

Konrad Laymer "Leyptsiq"ə 2017-ci ilin yayında "Zaltsburq"dan transfer olunmuşdu.

26 yaşlı futbolçu başa çatan mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti