Baş məşqçi postunda qalacaq - Bu mövsüm heç bir kubok qazanmasa belə!

24 May 2023 01:30 Almaniya 430
Baş məşqçi postunda qalacaq - Bu mövsüm heç bir kubok qazanmasa belə!

“Bayern” baş məşqçisi Tomas Tuxeli istefaya göndərmək fikrində deyil.

Sportinfo.az xəbər verir ki, “Bayern”də Tuxelin komandanın sükanı arxasındakı gələcəyi ilə bağlı heç bir müzakirə aparılmır.

İdarə heyəti alman mütəxəssisə tam etibar edir. Rəhbərliyin mayın 30-da keçiriləcək Müşahidə Şurasının iclasında Tuxelin klubdakı gələcəyi ilə bağlı məsələni müzakirə etməyə başlaması da planlaşdırılmır.

Alman mütəxəssisin komandası bu mövsüm heç bir kubok qazanmasa belə, o, baş məşqçi postunda qalacaq.

Tuxel mövsüm ərzində Yulian Naqelsmannı baş məşqçi postunda əvəzləyərək, “Bayern”in başına keçib.

Tuxel gələnə qədər Münhen təmsilçisi turnir ərzində heç bir matçda məğlub olmadan Çempionlar Liqasının 1/4 finalına yüksələ bilmişdi,

Almaniya kubokunun 1/4 finalına çıxmışdı və Bundesliqada 1 xal az toplamaqla ikinci yerdə qərarlaşmışdı.

Komanda yeni baş məşqçinin rəhbərliyi altında avrokuboklardan və ölkə kubokundan kənarda qalıb və son tur ərəfəsində Bundesliqda “Borussiya”dan (Dortmund) iki xal geri düşüb.

Digər Xəbərlər
Xəbər Lenti