Çempionluq yolunda ağır zərbə aldılar - VİDEO

21 May 2023 10:40 Almaniya 623
Çempionluq yolunda ağır zərbə aldılar  - VİDEO

Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, lider “Bavariya” öz meydanında “Leyptsiq”ə məğlub olub - 1:3.

Hesabı 25-ci dəqiqədə Serje Qnabri açsa da, ikinci yarıda Konrad Laymer, Kristofer Nkunku və Dominik Soboslayın qolları “Leyptsiq”ə qələbə qazandırıb.

Bu nəticədən sonra “Bavariya” 68 xalla liderdir. Bir oyun az keçirən “Borussiya” (Dortmund) 67 xalla ikincidir. Komanda bu gün səfərdə “Auqsburq”a qalib gəlsə, zirvəni ələ keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti