Səndən sənə şikayətim var - "Son matçlarda hər şeyi məhv etdik, xaraktercə güclü deyilik"

10 May 2023 01:20 Almaniya 406
Səndən sənə şikayətim var - "Son matçlarda hər şeyi məhv etdik, xaraktercə güclü deyilik"

"Şalke-2"nin azərbaycanlı hücumçusu Rüfət Dadaşov Almaniyanın Qərb Regional Futbol Liqasının 32-ci turunda "Boxolt"a məğlubiyyəti (2:4) şərh edib.

Sportinfo.az xəbər verir ki, "RevierSport"a danışan Dadaşov komandasını tənqid edib:

"Bu qədər pis oynadığımız vaxtı xatırlamıram. Rəqibə oyunu çox asanlıqla verdik və nəticədə iki axmaq penalti təyin edildi.

Bunu izah etmək mümkün deyil. Dubl etməyim məni təsəlli etmir. Bəzi oyunçular üçün bu, komandada sondan əvvəlki ev oyunu olacaq.

Mən qalib gəlməyə üstünlük verərdim, amma yenə uğursuz olduq. Mövsümün ilk yarısını yaxşı keçirdik, amma son matçlarda hər şeyi məhv etdik.

Bilmirəm, bu, bəlkə də bəzi oyunçuların bundan sonra nə olacağını bilməmələri və ya sadəcə motivasiya olmaması ilə bağlıdır. Yaxud da biz xaraktercə düşündüyüm qədər güclü deyilik.

Həmişə komandamızı komandanı tərifləmişəm, lakin hazırda kifayət qədər yaxşı deyilik. Burada oynayan hər kəs daha çox səy göstərməlidir.

Amma indi göstərdiyimiz oyunla irəli getmirik və komandaya kömək edə bilmirik. Qarşımızda yerinə yetirmədiyimiz vəzifələr var".

Hazırda "Şalke-2" 45 xalla 9-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti