Qonaqlara 6 qol vurub, liderin biraddımlığına yetişdilər - VİDEO

8 May 2023 01:30 Almaniya 568
Qonaqlara 6 qol vurub, liderin biraddımlığına yetişdilər - VİDEO

Almaniya Bundesliqasının 31-ci turunda “Borussiya” (Dortmund) “Volfsburq”la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, matç dortmundluların darmadağını ilə başa çatıb - 6:0.

“Borussiya”nın heyətində Kərim Adeyemi və Cud Bellinqem dubl ediblər, Sebastyan Alle ilə Donyel Malen hərəyə bir dəfə fərqləniblər.

Qələbə sayəsində xallarını 64-ə çatdıran Dortmund klubu ikincidir və lider “Bavariya”dan 1 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti