"Napoli"nin ulduzunu almaqdan imtina etdi - "Bavariya"

5 May 2023 00:10 Almaniya 519
"Napoli"nin ulduzunu almaqdan imtina etdi -

"Bavariya" mövsümün sonunda heyətini yeni hücumçu ilə gücləndirəcək.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi "Napoli"nin futbolçusu Viktor Osimheni transfer etmək istəyirdi.

Lakin Bundesliqa klubu nideriyalı forvardın transferindən imtina edib. "Bavariya" 24 yaşlı hücumçu üçün 150 milyon avro ödəmək istəmir.

Viktor Osimhen "Napoli"yə 2020-ci ilin yayında "Lill"dən tarnsfer olunub.

Nigeriya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 26 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti