Sadio Manenin transferi uğrunda “Çelsi” ilə mübarizə aparacaq

4 May 2023 00:10 Almaniya 408
Sadio Manenin transferi uğrunda “Çelsi” ilə mübarizə aparacaq

“Nyukasl” “Bayern”in hücumçusu Sadio Manenin transferi uğrunda “Çelsi” ilə mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur “twitter” hesabında məlumat verib.

Məlumata görə, Manenin xidmətində “Çelsi”dən başqa, “Nyukasl” da maraqlıdır. “Sağsağanlar” böyük ehtimalla, UEFA Çempionlar Liqasında iştirak edəcəkləri yeni mövsüm üçün güclənmək niyyətindədirlər.

Artıq “Nyukasl” və “Çelsi”nin seneqallı hücumçunun nümayəndələri ilə əlaqə saxladığı bildirilir.

Mane ötən yay “Bayern”ə keçib. O, bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti