“Bavariya”dan daha bir gözlənilməz məğlubiyyət - VİDEO

23 Aprel 2023 01:40 Almaniya 511
“Bavariya”dan daha bir gözlənilməz məğlubiyyət - VİDEO

Almaniya Bundesliqasında XXIX turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, lider “Bavariya” “Maynts”ın qonağı olub.

Münhenlilər bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər - 1:3.

Hesabı ilk hissədə “Bavariya” açsa da, meydan sahibləri fasilədən sonra üç qol vurmaqla qələbə qazanıblar.

“Bavariya” 59 xalla zirvədədir. Komanda bir oyun artıq keçirdiyi ən yaxın izləyicisi “Borussiya”nı (Dortmund) iki xal üstələyir.

Dortmund klubu bu gün “Ayntraxt”ı məğlub edə bilsə, zirvəni ələ keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"