
“Bayern”in icraçı direktoru Oliver Kan vəzifəsini tərk edə bilər.
Sportinfo.az xəbər verir ki, keçmiş qapıçının Münhen təmsilçisindən ayrılması an məsələsidir.
O, 2021-ci ildən “Bayern”də icraçı direktor vəzifəsini icra edir.
Bundesliqa klubu UEFA Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”yə uduzub (1:4) və turnirlə vidalaşıb.