“Barselona”ya “yox”, “Mançester Yunayted”ə “hə”

17 Aprel 2023 10:20 Almaniya 447
“Barselona”ya “yox”, “Mançester Yunayted”ə “hə”

“Bayer”in (Leverkuzen) müdafiəçisi Ceremi Frimponq karyerasını İngiltərədə davam etdirmək istəyir.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçunun istəyi “Mançester Yunayted”də çıxış etməkdir.

Almaniya klubu futbolçu üçün 50 milyon avro tələb edir.

Öncədən xəbər vermişdik ki, “qırmızı şeytanlar” da oyunçunun xidmətində maraqlıdır. Eyni zamanda, “Barselona” və “Bayern” də Frimponqu transfer etmək istəyənlər arasında yer alır.

22 yaşlı niderlandlı müdafiəçi bu mövsüm “Bayer”in heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.

Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti