“Real”: Gec oldu, güc oldu - VİDEO

16 Aprel 2023 01:40 Almaniya 537
“Real”: Gec  oldu, güc oldu - VİDEO

İspaniya LaLiqasında 29-cu turun qarşılaşmaları oynanılır.

Sportinfo.az xəbər verir ki, yarışın son qalibi Madrid “Real”ı səfərdə “Kadis”in qonağı olub.

Karlo Ancelottinin yetirmələri uzun müddət ev sahibinin müqavimətini qıra bilməsələr də, dörd dəqiqəyə (72 və 76-cı dəqiqələrdə) iki qol ataraq yekunda əlverişli nəticəni təmin etməyi bacarıblar – 0:2.

Qələbəyə baxmayaraq, hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Kral klubu üçün zirvə əlçatmaz olaraq qalır.

Bir oyun az keçirən “Barselona” 10 xalla paytaxt təmsilçisini qabaqlayaraq LaLiqaya liderlik edir.

Digər Xəbərlər
Xəbər Lenti