Portuqaliyalı hücumçu üçün 100 milyon avro ödəyəcək - "Bavariya"

11 Aprel 2023 22:00 Almaniya 378
Portuqaliyalı hücumçu üçün 100 milyon avro ödəyəcək -

Almaniyanın "Bavariya" yayda klubu yayda hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisinin əsas hədəfi "Benfika"da çıxış edən Qonçalo Ramosdur.

Bundesliqa klubu 21 yaşlı forvard üçün 100 milyon avroluq büdcə ayırıb. "Bavariya" transfer danışıqları üçün portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşlə də görüşüb.

Qonçalo Ramos "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü cari mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 25 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti