"Yayda yeni hücumçu? Oturub transfer bazarında nə edəcəyimizi görəcəyik"

6 Aprel 2023 10:20 Almaniya 365
"Yayda yeni hücumçu? Oturub transfer bazarında nə edəcəyimizi görəcəyik"

"Bavariya"nın idman direktoru Hasan Salihamidziç Almaniya kubokunun 1/4 finalında "Frayburq"la oyundakı (1:2) məğlubiyyəti şərh edib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi məğlubiyyətə baxmayaraq Tomas Tuxelin postunda qalacağını söyləyib:

"Oyunun gedişatından çox məyus olduq. Hər şey başqa cür alınmalı idi. Amma bu cür alındı.

Təbii ki, çox üzücüdür. Məğlubiyyətin baş məşqçi ilə heç bir əlaqəsi yoxdur. Yayda yeni hücumçu? Əlbəttə, oturub transfer bazarında nə edəcəyimizi görəcəyik".

"Frayburq" "Bavariya" səddini keçərək Almaniya kubokunda yarımfinalına yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!