
Almaniya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, “Bavariya” öz meydanında “Frayburq”la qarşılaşıb.
Matç qonaqların qələbəsi ilə başa çatıb - 2:1.
Hesabı 19-cu dəqiqədə Dayot Upamekano ilə “Bavariya” açsa da, Nikolas Hofler 27-ci dəqiqədə bərabərliyi təmin edib.
90+4-cü dəqiqədə isə Lukas Holer “Frayburq”u növbəti mərhələyə yüksəldən qolu vurub.