
Almaniya 3-cü Bundesliqasında 30-cu turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" doğma meydanda "Oldenburq"u qəbul edib.
Qarşılaşma Aue təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Dmitri Nazarov da bu matçın iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib.
Təcrübəli futbolçu 80-ci dəqiqədə penaltidən komandasının qalibiyyət qolunu vurub.
Xallarını 39-a yüksəldən "Ersgebirge" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.