Qapıçı inanılmaz səhv etdi, dörd qolla zirvəni ələ keçirdi - VİDEO

2 Aprel 2023 00:00 Almaniya 327
Qapıçı inanılmaz səhv etdi, dörd qolla zirvəni ələ keçirdi - VİDEO

Almaniya Bundesliqasında XXVI turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, mərkəzi matçda çempionluq uğrunda yarışan “Bavariya” və “Borussiya” birincilərin meydanında üz-üzə gəliblər.

Görüş münhenlilərin qələbəsi ilə başa çatıb - 4:2.

Dortmundluların qapıçısı Qreqor Kobelin kobud səhvlə avtoqola imza atdığı matçda “Bavariya”nın digər qollarını dubl edən Tomas Müller və Kinqsli Koman vurublar.

“Borussiya”nın heyətində Emre Can penaltidən fərqlənib, Donyel Malen isə ikinci topu vurub.

Bu qələbə ilə “Bavariya” xallarını 55-ə çatdırıb və 53 xalı olan “Borussiya”nı geridə qoyaraq zirvəni ələ keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!