"Baş məşqçi dəyişikliyi məni çox təəccübləndirdi"

1 Aprel 2023 10:20 Almaniya 324
"Baş məşqçi dəyişikliyi məni çox təəccübləndirdi"

“Bayern”in sabiq futbolçusu Lotar Matteus Münhen komandasının baş məşqçisi postunda Yulian Naqelsmannın Tomas Tuxellə əvəzlənməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Matteus “Bayern”dəki baş məşqçi dəyişikliyinə çox təəccübləndiyini deyib:

“Bayern”də baş məşqçi dəyişikliyi məni çox təəccübləndirdi. Lakin Naqelsmannla rəhbərlik arasında münasibətlər pisləşmişdi.

Tuxel təcrübəli məşqçidir. Naqelsmannın varisi kimi onu seçdiyi üçün “Bayern”i ancaq tərifləmək olar.

İnanıram ki, o, düzgün seçimdir. Amma keçmişindən fərqli olaraq, o, xarakter baxımından böyüdüyünü göstərməlidir”.

Martın 24-də “Bayern” Naqelsmannın istefaya göndərildiyini və boş qalan posta Tuxelin təyin edildiyini açıqlayıb.

49 yaşlı mütəxəssis daha əvvəl “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı və “Maynts”a rəhbərlik edib.

“Bayern” 25 turdan sonra Almaniya Bundesliqasında 52 xalla “Borussiya”dan (Dortmund) 1 xal geri qalaraq, ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti