III Bundesliqa klubları Azərbaycan millisinin futbolçusunu istəyir

30 Mart 2023 22:40 Almaniya 1 438
III Bundesliqa klubları Azərbaycan millisinin futbolçusunu istəyir

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyada komandasını dəyişə bilər.

Sportinfo.az “Tag24”ə istinadən xəbər verir ki, yarımmüdafiəçi klubu “Ertsgebirge”nin də çıxış etdiyi III Bundesliqa təmsilçilərinin maraq dairəsindədir.

Bu isə “Ertsgebirge” rəhbərliyini narahat edir. Aue klubu hazırda əla formada olan liderini itirməmək üçün onun mövsümün sonuna qədər olan müqavilə müddətini tezliklə uzatmaq niyyətindədir.

Ancaq 33 yaşlı hücumameyilli oyunçunun qalması məvacibinin artırılıb-artırılmamasından asılı olacaq.

Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”nin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"