Məşhur klub yeni baş məşqçiyə ildə 10-12 milyon ödəyəcək

27 Mart 01:40 Almaniya 304
Məşhur klub yeni baş məşqçiyə ildə 10-12 milyon ödəyəcək

“Bayern”in yeni baş məşqçisi Tomas Tuxel ildə 10-12 milyon avro qazanacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, 49 yaşlı almaniyalı mütəxəssis daha əvvəlki klubu “Çelsi”də 15 milyon avro alıb.

Martın 24-də “Bayern” Julian Naqelsmannın baş məşqçi postundan gedişini elan edib. 35 yaşlı mütəxəssisin “Tottenhem”lə danışıqlara açıq olduğu bildirilir.

Tuxel Münhen klubu ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

“Bayern” Bundesliqada 25 oyundan sonra 52 xalla ikincidir.

Digər Xəbərlər
Xəbər Lenti