Baş məşqçi ilə yeni müqavilə imzaladı - Bundesliqa klubu

16 Mart 2023 01:30 Almaniya 428
Baş məşqçi ilə yeni müqavilə imzaladı - Bundesliqa klubu

“Frayburq” baş məşqçisi Kristian Ştrayxla yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Lakin 57 yaşlı mütəxəssislə sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. Onunla yanaşı, köməkçiləri Patrik Bayer, Florian Bruns və Yulian Şusterlə də yeni müqavilə imzalanıb.

Məşqçiliyə məhz “Frayburq”da başlamış Ştrayx 2011-ci ildən Bundesliqa təmsilçisinə rəhbərlik edir. O, bu komandanı 430 rəsmi matça çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu