Qoldan doymadılar, zirvəni ələ keçirdilər - VİDEO

12 Mart 10:00 Almaniya 272
Qoldan doymadılar, zirvəni ələ keçirdilər - VİDEO

Almaniya Bundesliqasında XXIV turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, “Bavariya” öz meydanında “Auqsburq”la qarşılaşıb.

Görüş Münhen klubunun 5:3 hesablı qələbəsi ilə başa çatıb. “Bavariya”nın heyətində Benjamin Pavar dubl edib, Joau Kanselu, Leroy Sane və Alfonso Deyvis hərəyə bir dəfə fərqlənib.

Bu qələbədən sonra xallarının sayını 52-yə çatdıran “Bavariya” Dortmund “Borussiya”sından 3 xal önə keçərək, vahid lider olub. Lakin “arılar”ın ehtiyatda bir oyunu var.

Digər Xəbərlər
Xəbər Lenti