“Bavariya” səfərdə 2:1-lə zirvədəki yerini geri aldı - VİDEO

5 Mart 2023 01:40 Almaniya 290
“Bavariya” səfərdə 2:1-lə zirvədəki yerini geri aldı -  VİDEO

Almaniya Bundesliqasının XXIII turunda “Bavariya” “Ştutqart”ın qonağı olub.

Sportinfo.az xəbər verir ki, Münhen klubu səfər oyununda 2:1 hesablı qələbə qazanıb.

Son çempionun qollarını Mateys De Lixt və Erik Maksim Çupo-Motinq vurublar. Ev sahiblərinin təsəlli qoluna Juan Perer imza atıb.

Bu qələbə ilə xallarını 59-a çatdıran “Bavariya” nəinki Dortmund “Borussiya”sına çatıb, həm də əlavə göstəricilərdə əsas rəqibini geridə qoyaraq yenidən zirvəyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti