"oNU Yeni müqavilə imzalamağa razı salmaq üçün əlimdən gələni edirəm"

27 Fevral 15:20 Almaniya 176
"oNU Yeni müqavilə imzalamağa razı salmaq üçün əlimdən gələni edirəm"

"Borussiya"nın idman direktoru Sebastyan Kel komandanın aparıcı üzvü Cud Bellinqemlə müqavilə müddətinin uzadılmasının mümkün olub-olmaması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, "Bild"ə açıqlama verən klub rəsmisi Avropa nəhənglərinin transfer siyahısında yer alan yarımmüdafiəçinin Dortmunda qalıb-qalmayacağı haqda konkret söz deməyib:

"Cudu yeni müqavilə imzalamağa razı salmaq üçün əlimdən gələni edirəm. Bunu kluba görə etməliyəm.

Amma hələlik futbolçu və ailəsi ilə konkret söhbət olmayıb. İndi o, öz işini görür və diqqətini yalnız futbola yönəldib".

Bellinqemin "Borussiya" ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti