Qalib gəldi, çempionluq yarışında "Bavariya"ya çatdı - VİDEO

20 Fevral 2023 12:00 Almaniya 426
Qalib gəldi, çempionluq yarışında "Bavariya"ya çatdı - VİDEO

Almaniya çempionatının XXI turu çərçivəsində "Borussiya" (Dortmund) evdə "Herta"nı 4:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, qalib komandanın heyətində Kərim Adeyemi (27-ci dəqiqə), Doniel Malen (31), Marko Roys (76) və Yulian Brandt (90) fərqləniblər.

"Herta"nın yeganə qoluna Lyuka Tuzar (46) imza atıb.

"Borussiya" məğlubiyyətsizlik seriyasını ardıcıl 6 oyuna çatdırıb və aktivində 43 xalla birinci yerdə olan "Bavariya" və "Union"u haqlayıb.

"Borussiya" (Dortmund) - "Herta" 4:1
Qollar:
Adeyemi 27, Malen 32, Roys 76, Brandt 90 - Tuzar 47

Digər Xəbərlər
Xəbər Lenti