2 milyon avroya yaxın cərimələ bilər - Bir müsahibəyə görə

11 Fevral 2023 00:00 Almaniya 395
2 milyon avroya yaxın cərimələ bilər - Bir müsahibəyə görə

“Bayern”in qapıçısı Maunel Noyer komandanın baş məşqçisi Julian Naqelsmannla görüşüb. Görüşdə tərəflər son vaxtlar yaranan gərginliyi müzakirə ediblər.

Sportinfo.az xəbər verir ki, baş məşqçi ilə görüşə baxmayaraq, 36 yaşlı qolkiper klub rəhbərliyini açıq şəkildə tənqid etdiyinə görə hələ də böyük məbləğdə cərimələnə bilər.

Münhen klubunun hər bir oyunçusunun müqaviləsindəki standart bəndə əsasən, “Bayern” bu cür pozuntuya görə bir aylıq maaşa qədər cərimə tətbiq edə bilər.

Noyerin illik maaşının 20 milyon avro olduğunu nəzərə alsaq, onun cəriməsi 1,666 milyon avro civarında ola bilər.

Noyerin klubun qapıçılar üzrə məşqçisi Toni Tapaloviçin qovulması barədə səsləndirdiyi fikirlər Münhen təmsilçisinin idarə heyəti tərəfindən xoş qarşılanmayıb.

“Bayern”in kapitanı tətil zamanı xizək sürərkən ayağını sındırdığı üçün bu mövsüm komandasına kömək edə bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti