Daha iki transfer - “Union Berlin” və “Benfika”dan

1 Fevral 2023 00:00 Almaniya 413
Daha iki transfer - “Union Berlin” və “Benfika”dan

“Ştutqart” heyətini yeni futbolçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Union Berlin”dən Genki Haraquçini, “Benfika”dan isə Gil Diası transfer edib.

Haraquçinin transferi üçün Berlin təmsilçisinə 1 milyon avro ödənilib. Yaponiya yığmasının üzvü yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi anlaşıb.

Gil Diasın transferi isə almanlara 2 milyon avroya başa gəlib. Portuqaliyadan olan sol cinah vingeri ilə də 2025-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Haraquçi 2021-ci ildən formasını “Union Berlin”də 61 oyuna 2 qol vurub. Hücumameyilli yarımmüdafiəçi daha öncə Almaniyada “Herta”, “Fortuna” (Düsseldorf) və “Hannover”in də formasını geyinib. O, Yaponiya yığmasında 74 oyuna 11 qol vurub.

Dias isə 2021-ci ildə “Monako”dan 1.5 milyon avroya transfer edildiyi “Benfika”da 20 oyuna 1 qol vurub.

26 yaşlı futbolçu daha öncə “Braqa”, “Monako”, “Varzim”, “Rio Ave”, “Fiorentina”, “Nottingem Forest”, “Olimpiakos”, “Qranada” və “Famalikan” kimi klubların da formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"