
Ariyon İbrahimoviçin sözləşməsinin müddəti uzadılıb.
Sportinfo.az xəbər verir ki, "Bavariya"nın yetirməsi olan A. İbrahimoviçin yeni müqaviləsi 2025-ci ilin yayına kimidir.
17 yaşlı yarımmüdafiəçi bu mövsüm U-19 Bundesliqa və Gənclər Çempionlar Liqasında 16 matçda 13 qol vurub və 6 məhsuldar ötürmə edib.