DÇ-2022-yə niyə aparılmayıb?

16 Dekabr 2022 01:40 Almaniya 394
DÇ-2022-yə niyə aparılmayıb?

Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummelsi Qətərdə keçirilən dünya çempionatına aparmadığı üçün peşman deyil.

Sportinfo.az xəbər verir ki, bu məlumatı “sport1.de” yayıb.

Xəbərdə bildirilir ki, mundialda qrupda qalan Almaniya millisinin çalışdırıcısı Hummelsi oyun üslubuna görə yığmaya layiq saymır və bunu öz köməkçilərinə deyib.

Belə ki, o, topla yaxşı rəftar etməyi bacarmayan, dərin müdafiənin mərkəzində yer almağa öyrəşmiş Hummelsin hücum futbolu sərgiləyən, ani əks-həmlələrə üstünlük verən komandada işə yaramayacağına əmindir.

Bu mövsüm “Borussiya” forması ilə 17 matça çıxan Hummels 5 sarı vərəqə alıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!