“Millidə yüksək səviyyədə oynayan yalnız bir müdafiəçi var"

3 Dekabr 2022 18:40 Almaniya 649
“Millidə yüksək səviyyədə oynayan yalnız bir müdafiəçi var"

Almaniya millisinin veteran futbolçusu Bastian Şvaynştayger Qətərdə keçirilən dünya çempionatında qrupda qalan yığma komandanı tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, Bundestimin çıxışı barədə bunları deyib:

"Kosta-Rikaya qarşı matç çox pis alındı. Bizim müdafiəmizdə yalnız bir oyunçumuz var ki, yüksək səviyyədə çıxış edir.

Bu da Antonio Rüdigerdir. Qalanları isə Bundesliqada ortabab səviyyədə oynayır. Biz yaxşı müdafiəyə olunmağı bacarmalıyıq. Yoxsa, belə alınacaq".

Almaniya millisi Kosta-Rika, İspaniya və Yaponiya ilə mübarizə apardığı qrupdan növbəti mərhələyə adlaya bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!
22 Dekabr 08:00 Azərbaycana qış gəldi