"Onları qınamıram, heç vaxt başqaları günahlandırmıram, səhv bizdədir"

2 Dekabr 2022 15:40 Almaniya 364
"Onları qınamıram, heç vaxt başqaları günahlandırmıram, səhv bizdədir"

Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik komandanın DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Kosta Rika ilə görüşünü (4:2) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, məyus olduğunu və şansları dəyərləndirə bilmədiklərini bildirib:

“Çox məyusam. Mən İspaniyanı qınamıram. Heç vaxt başqa komandaları günahlandırmıram. Səhv bizdədir.

Kifayət qədər şansımız var idi. Xüsusən, Yaponiya ilə matçda. Həmçinin, İspaniyaya qarşı oyunun sonlarında belə imkanlarımız oldu”.

Flik müdafiə xətti haqda da danışıb:

“Biz oyunçuları daha da inkişaf etdirməliyik. Neçə illərdir ki, daha güclü müdafiəçilərə ehtiyacımız var. Müdafiə Almaniya futbolunu fərqləndirir”.

Almaniya millisi E qrupunu üçüncü sırada tamamlayıb və DÇ-2022 ilə erkən vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"