UEFA cərimələdi, 2 il sınaq müddəti verdi - "Qarabağ"ın iki rəqibinə

5 Noyabr 2022 14:20 Almaniya 787
UEFA cərimələdi, 2 il sınaq müddəti verdi - "Qarabağ"ın iki rəqibinə

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olmuş "Nant" və "Frayburq"u cərimələyib.

Sportinfo.az xəbər verir ki, buna oktyabrın 13-də komandalar arasında Fransada keçirilmiş IV tur oyununda baş verənlər səbəb olub.

"Nant" azarkeşlər pirotexniki vasitələrdən istifadə etdiyi üçün 20 min avro məbləğində ziyana düşüb.

Kluba iki il sınaq müddəti verilib. Bu hal təkrarlanacağı təqdirdə, Fransa təmsilçisi növbəti avrokubok matçında tribunaları qismən bağlamalı olacaq.

"Frayburq" isə fanatların təxribatçı və təhqir xarakterli çıxışları ucbatından 15 min avro, tərəfdarların atəşfəşanlığına görə isə 30 min avro ödəcəyək.

UEFA Bundesliqa klubuna da iki il sınaq müddəti təyin edib.

"Frayburq" səfərdə rəqibini 4 cavabsız qolla məğlub etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti