Almanlar 600 nəfər gətirir - “Qarabağ”la oyuna

2 Noyabr 2022 22:40 Almaniya 359
Almanlar 600 nəfər gətirir - “Qarabağ”la oyuna

Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” – “Frayburq” (Almaniya) görüşündə qonaq azarkeşlər də iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Frayburq”un mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, sözügedən oyun üçün Bakıya 600 almaniyalı futbolsevər səfər edəcək.

“Qarabağ” – “Frayburq” matçı noyabrın 3-də, saat 21:45-də start götürəcək. Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti