Konteni gətirmək istəyir.- "Yuventus" Alleqrinin yerinə namizəd tapdı

29 Oktyabr 2022 00:10 Almaniya 646
Konteni gətirmək istəyir.- "Yuventus" Alleqrinin yerinə namizəd tapdı

Uğursuz mövsüm keçirən "Yuventus" baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisinin yeni baş məşqçi namizədi də bəllidir.

İtaliya klubu komandanın sükanı arxasına hazırda "Tottenhem"də işləyən Antonio Konteni gətirmək istəyir.

"La Gazzetta dello Sport"un məlumatına görə, Konte özü də "Yuve"yə qayıtmağa isti yanaşır.

Antonio Konte 2011-2014-cü illərdə iki dəfə "Yuventus"a rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti