Az şans verdiyi futbolçu haqda: “Kədərlənir, amma hirslənmir”

25 Oktyabr 2022 00:20 Almaniya 581
Az şans verdiyi futbolçu haqda: “Kədərlənir, amma hirslənmir”

“Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann komandanın hücumameyilli yarımmüdafiəçisi Rayan Qravenberçin az şans qazanmasından narazı qalması ilə bağlı yayılan xəbərləri şərh edib.

Sportinfo.az xəbər verir ki, o, Qravenberçin ən yaxşı yarımmüdafiəçilərdən olacağını deyib:

“Rayan üçün asan deyil, lakin o, dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacaq.

Keçən il komandadakı rolu ilə fərqi ona dedim. Təbii ki, o, az oynadığı üçün kədərlənir, amma hirslənmir”.

Niderlandlı futbolçu Münhen klubuna “Ayaks”dan keçib. O, bu mövsüm 11 oyun keçirib. Qravenberç Almaniya kuboku matçında 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti