"Qarabağ"ın rəqibi 119 dəqiqə gözlədi, istəyinə çatdı - VİDEO

20 Oktyabr 2022 09:40 Almaniya 468
"Qarabağ"ın rəqibi 119 dəqiqə gözlədi, istəyinə çatdı - VİDEO

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Frayburq" Almaniya Kubokunda 1/8 finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Kristian Ştrayxın baş məşqçi olduğu komanda 1/16 finalda evdə "Sankt-Pauli"ni 2:1 hesabı ilə məğlub edib.

İlk qolu 43-cü dəqiqədə qonaqlardan Lukas Daşner vurub. Meydan sahibləri 90+3-cü dəqiqədə Mattias Ginterlə tarazlığı bərpa edib.

Matçın əsas vaxtı bu hesabla başa çatıb. 119-cu dəqiqədə isə Mixael Qreqoriç Frayburq təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub.

“Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti