Sonadək oynadı, sarı vərəqə aldı, 1:1-ə qane oldu - VİDEO

17 Oktyabr 2022 02:00 Almaniya 548
Sonadək oynadı, sarı vərəqə aldı, 1:1-ə qane oldu - VİDEO

Almaniya 3-cü liqasında 12-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge Aue" növbəti matçına çıxıb.

Nazarovun komandası "Halleşer"lə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Nazarov sona qədər meydanda olub. O, 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Aue təmsilçisi 12 turdan sonra 10 xalla 18-ci pillədədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti