Baş məşqçisi ilə yollarını ayırdı - Bundesliqa klubu

11 Oktyabr 2022 00:00 Almaniya 649
Baş məşqçisi ilə yollarını ayırdı - Bundesliqa klubu

Almaniya Bundesliqasının təmsilçisi "Ştutqart" baş məşqçisini istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, klub rəsmi saytı vasitəsi ilə Pelleqrino Matarazzo ilə yollarını ayırdığını açıqlayıb.

44 yaşlı mütəxəssis 2019-cu ildən komandanı çalışdırırdı.

Şəhərin eyniadlı komandası bu mövsüm amerikalı mütəxəssisin rəhbərliyi altında 9 turdan sonra 5 xalla 17-ci pillədə qərarlaşmışdı.

Buna qədər isə o, "Hoffenhaym", "Nürnberq" klublarında çalışmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti