"Qarabağ"ın alman rəqibi yenilgidən bu cür qurtuldu - VİDEO

10 Oktyabr 2022 02:20 Almaniya 1 003
"Qarabağ"ın alman rəqibi yenilgidən bu cür qurtuldu - VİDEO

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında xal itirib.

IX turda "Herta"nın qonağı olan komanda rəqibi ilə heç-heçə edib - 2:2.

Hesabı 22-ci dəqiqədə Frayburq təmsilçisindən Daniel-Kofi Köreh açıb. 34-cü dəqiqədə tarazlığı bərpa edən meydan sahibləri 61-ci dəqiqədə önə keçiblər.

"Frayburq"u məğlubiyyətdən 78-ci dəqiqədə fərqlənən Kevin Şade xilas edib.

Kristian Ştrayxın baş məşqçi olduğu kollektiv heç-heçəyə baxmayaraq, 18 xalla liderliyə yüksəlib.

"Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti