Portuqaliyalıya 30 milyon avro qiymət qoyacaq - "Fənərbaxça"

10 Oktyabr 2022 00:20 Almaniya 696
Portuqaliyalıya 30 milyon avro qiymət qoyacaq -

"Fənərbaxça" performansını yüksəldən Migel Krespo ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı yarımmüdafiəçinin 2024-cü ilədək olan sözləşməsinin müddətini 2026-cı ilin yayınadək uzadacaq.

Türkiyə mətbuatının yazdığına görə, "sarı-lacivərtlilər" 26 yaşlı futbolçunun maaşını da artıracaq.

Hazırda illik 500 min avro qazanan yarımmüdafiəçinin maaşı 1 milyon avroya kimi yüksəldiləcək. Super Liqa təmsilçisi oyunuçunun sərbəstqalma məbləğini isə 30 milyon avro təyin edəcək.

"Fənərbaxça" Migel Kresponu 2021-ci ilin yayında "Eştoril"dən transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 10 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti