Bundesliqa klubunun baş məşqçisi oldu - Xabi Alonso

6 Oktyabr 2022 10:00 Almaniya 898
Bundesliqa klubunun baş məşqçisi oldu - Xabi Alonso

"Bayer" (Leverkuzen) baş məşqçisi Cerardo Seaone ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barəəd klubun rəsmi saytı məlumat yayıb.

Bundesliqa təmsilçisi bu vəzifəyə İspaniya millisinin sabiq üzvü Xabi Alonsonu təyin edib. 40 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Xabi Aonso son olaraq "Real Sosyedad"ın B komandasının baş məşqçisi olub. O, 2019-2022-ci illərdə bu komandanı çalışdırıb.

Cerardo Seaone 2021-ci ilin mayından "Bayer"i çalışdırırdı. Komanda bu mövsüm onun baş məşqçiliyi altında Bundesliqanın 8 turundan sonra 5 xal toplayıb və 17-cidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti