Region Liqasında futbolçu başını beton divara çırpdı - VİDEO

4 Oktyabr 2022 10:00 Almaniya 743
Region Liqasında futbolçu başını beton divara çırpdı - VİDEO

Almaniya Regional Liqasında çıxış edən "Hempi Leyptsiq"in futbolçusu Denis Yepel oyun vaxtı başını beton divara çırpıb.

Sportinfo.az xəbər verir ki, hadisə "Kemnitser"lə matçda yaşanıb.

Yepel hücumların birində özünü saxlaya bilməyib və divara çırpılıb. Komanda yoldaşları və tibbi heyət oyunçuya köməklik edib. Onun həyatı üçün təhlükə yoxdur.

Qarşılaşma "Hempi Leyptsiq"in 1:0 hesablı qələbəsi ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!