Bundesliqa klubları "Qarabağ"ın rəqibi ilə bacarmır - VİDEO

3 Oktyabr 2022 02:40 Almaniya 602
Bundesliqa klubları "Qarabağ"ın rəqibi ilə bacarmır - VİDEO

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Kristian Ştrayxın baş məşqçi olduğu kollektiv VIII turda "Maynts"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran komanda ikinci pillədə qərarlaşıb.

"Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti