"Barselona" və "Real"ı tənqid etdi - "Bavariya"nın prezidenti

13 Sentyabr 2022 02:40 Almaniya 552
"Barselona" və "Real"ı tənqid etdi -

"Bavariya"nın prezidenti Herbert Hayner İspaniya klublarını Avropa Superliqası layihəsinə görə tənqid edib.

Sportinfo.az xəbər verir ki, o deyib:

“Etdiyiniz bütün işlərdə azarkeşlərin maraqlarını və onların reaksiyasını diqqət mərkəzində saxlamalısınız. Ona görə də hesab edirəm ki, Çempionlar Liqası fantastik turnirdir, orada ən yaxşı klublar iştirak edir.

1/4 finalın tərkibinə baxsanız, dünyanın ən yaxşı klubları orada oynayırlar: "Barselona", ​​"Bavariya", "Real", "Liverpul", "Mançester Siti" və başqaları. Superliqa tərəfdarlarının öz azarkeşlərini düşündüyünə şübhə edirəm”.

2021-ci ildə aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar.

Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!