Almaniyalı müdafiəçi ilə qanalı yarımmüdafiəçi “Qarabağ”ı gözləyir

7 Sentyabr 2022 22:40 Almaniya 1 037
Almaniyalı müdafiəçi ilə qanalı yarımmüdafiəçi “Qarabağ”ı gözləyir

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək "Frayburq"da zədəli futbolçuların durumuna tam aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Bundesliqada V turun "Bayer"lə səfər qarşılaşmasında (3:2) sifətindən ağır zədə alan Roland Şallainin ən azı 2 matçda meydana çıxmayacağı dəqiqləşib.

Həmin görüşdə topuğundan zədələnən Manuel Quldenin və zədəsini yenicə sağaldan Daniel-Kofi Kyereh vəziyyəti isə normaldır.

Almaniyalı müdafiəçi ilə qanalı hücumameylli yarımmüdafiəçi sentyabrın 8-də Azərbaycan çempionu ilə oyunda iştirak edə bilər.

"Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"