"Qarabağ"ın yeni rəqibi Bundesliqada növbəti qələbəsini bu cür qazandı - VİDEO

27 Avqust 2022 01:10 Almaniya 845
"Qarabağ"ın yeni rəqibi Bundesliqada növbəti qələbəsini bu cür qazandı - VİDEO

Almaniya Bundesliqasında IV tura start verilib.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" "BoHum"u qəbul edib.

"Europa Park" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 48-ci dəqiqədə Vinçentso Qrifo vurub. O, penaltini dəqiq yerinə yetirə bilməsə də, təkrar zərbə ilə qapıdan keçirib.

Çempionatda 3-cü qələbə sayəsində xalını 9-a çatdıran "Frayburq" 2-ci pilləyə yüksəlib. Ardıcıl 4-cü məğlubiyyətini alan "BoHum" isə sonuncu pillədə qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti